Amerikalı sahibkar İlon Mask "Tesla" elektrik avtomobilləri üçün ehtiyat hissələrinin istehsalında işləmək üçün çinli təchizatçıları işə cəlb edir ki, bu da Vaşinqtonda narahatlıq doğurur.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
Vəziyyətlə tanış olan insanlara görə, İlon Mask "Tesla"nın Şanxay zavodunda yerli təchizat zəncirini təkrarlamaq üçün Çin tədarükçülərini Meksikaya dəvət edib.
Agentlik yazır ki, Vaşinqton rəsmiləri ABŞ-da yüksək tariflərə cavab olaraq Meksikada ucuz Çin istehsalı olan elektrik avtomobillərinin istehsalının artmasından narahatdırlar.
İlon Maskın rəhbərlik etdiyi Amerika şirkəti "Tesla Motors" 2003-cü ildə elektrik avtomobilləri və onlarla əlaqəli texnologiyaların yaradıcısı və istehsalçısı kimi təsis edilib. Elektrikli nəqliyyat vasitələri ilə yanaşı, şirkət öz texnologiyasından istifadə edərək akkumulyatorlar və elektrik mühərrikləri istehsal edir və onları digər avtomobil şirkətlərinə, xüsusən də "Toyota" və "Daimler"ə satır.
Samir