Şəmsəddin Əliyev: “Psixoloji problemi olan şəxs bu cür planlı şəkildə cinayət törətmir”

ÖLKƏ
19:38 / 14.02.2024
285

“Ailə üzvlərini qətlə yetirən Əhməd haqqında belə bir versiya yayılıb ki, bu şəxs 15 il öncə də xüsusi amansızlıqla kimisə qətl yetirib. Ancaq anlaqsız vəziyyətdə olması əsas gətirilərək , bu şəxs məsuliyyətdən yayınıb. Bu şəxs müəyyən saxta sənədlərlə tibbi arayış alaraq,  sürücülük vəsiqəsi alıb və taksi kimi fəaliyyət göstərib. Bütün bu faktlar istintaq zamanı araşdırılacaq”.

Bu sözləri kriminalist Şəmsəddin Əliyev Hit.az-a deyib. 

Onun sözlərinə görə, anlaqsız vəziyyətdə olan şəxs bir cinayəti törətdikdən sonra bacısının evinə getməkdə çətinlik çəkəcəkdi, o ünvanı tapa bilməzdi. Ancaq bu şəxs sərbəst şəkildə bacısını ünvanına gəlib, orda da öz əməlini göstərib: 

“Ümumiyyətlə, psixoloji problemi olan şəxs bu cür planlı şəkildə cinayət törətmir”.

Sevinc

0