NATO-nun baş katibi Yens Stoltenberq Avropada mövcud nüvə hücumunun qarşısının alınması sisteminin yaxşı işlədiyini və onun işinə xələl gətirə bilməyəcəyini deyib.
HİT.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
"Bizim NATO vasitəsilə nüvə çəkindirmə imkanımız var, o, onilliklərdir işləyir... Biz onun etibarlılığını qorumalıyıq”, deyə Stoltenberq bildirib.
O xatırladıb ki, müasir nüvə hücumunun qarşısının alınması proqramı dövri təlimləri nəzərdə tutur. Birləşmiş Ştatlar proqramın bir hissəsi kimi nüvə silahı təmin edir və Şimali Atlantika Alyansının digər üzvləri nəqliyyat və infrastruktur da daxil olmaqla müxtəlif növ dəstək göstərir.
Samir