Şərif Ağayar Nəriman Həsənzadəni tənqid etdi

MƏDƏNİYYƏT
13:52 / 15.02.2024
509

"Son 50 ildə əksər sahələrdə ciddi problemlər yaşayan ölkəmizdə onun dilindən yüngül bir tənqid, bir etiraz, bir irad belə eşitməmişik".

Bunu HİT.az-a açıqlamasında yazıçı Şərif Ağayar Xalq şairi Nəriman Həsənzadənin giley-güzar edən həmkarlarına qarşı etirazına cavab verərkən deyib. 

Yazıçı ölkədə əksər yazıçı-şairlərin etiraz mexanizmlərinin zamanla sıradan çıxdığını vurğulayıb:

"Nəriman müəllimdə də belədir. Nəriman Həsənzadənin gözündə hər şey unikaldır. Qurd quzuyla otlayır. Çünki öz maddi vəziyyəti yaxşıdır. Oğul-uşağınınkı da həmçinin. Nədən gileylənəcək? Tox elə bilir hamı toxdur. Onun giley-güzar dediyi isə qələm adamının daxilindəki müqavimət hissidir".

Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə giley-güzar edən şair və yazıçılara etiraz edib. O, "mən ömrüm boyu işləmişəm. 93 yaşım var, indi də işləyirəm. Məgər şair, yazıçı şikayət edər? Giley-güzar edər? Bu ona yaraşar? Şairə, yazıçıya şikayət yaraşmır axı. Heç tanıdığımız, üzdə olan mötəbər adamların dilindən şikayət eşitmisən?", deyə bildirib.

Azra

0