Estoniya baş nazirinin Rusiyaya ekstradisiya oluna biləcəyindən qorxur

DÜNYA
14:30 / 15.02.2024
505

Estoniyanın baş prokuroru Andres Parmas ehtiyat edir ki, hər hansı üçüncü ölkə Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş baş nazir Kaya Kallasın Rusiya ilə ekstradisiya müqaviləsini əsas gətirərək ekstradisiya edə bilər. 

HİT.az xəbər verir ki, baş prokurorun sözlərini ERR telekanalı yayıb.

"Əgər hansısa ölkə öz öhdəliklərindən imtina etmək qərarına gəlsə və məsələn, Rusiya ilə bağlanmış ekstradisiya müqaviləsinə istinad etsə, onda biz ancaq əlimizi qaldırıb qanuna müraciət edə bilərik, amma bunun nə mənası var?", deyə Parmas bildirib.

Estoniyanın baş prokuroru əlavə edib ki, Kallas vəzifəsini tərk edib mülki şəxs olduqdan sonra səyahət edərkən, onun Rusiyaya ekstradisiya olunmaq riski daha da artacaq.

Bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullini Rusiya Daxili İşlər Nazirliyi tərəfindən Kaya Kallas və dövlət katibi Taymar Peterkopu axtarışa verdiyi üçün çağırıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Kaya Kallasın axtarışa verilməsi hələ başlanğıcdır, belə bir addım atılıb: "Dünyanı nasizm və faşizmdən azad edənlərin xatirəsinə qarşı cinayətlərə görə biz cavab verməliyik".

Samir

0