Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, Paris 2024-cü ildə NATO-nun ÜDM-in 2%-ni müdafiəyə xərcləmə hədəfinə çatacaq.
HİT.az xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.
"Bu məbləğ son nəticədə 69 milyard avroya çatacaq. Bu da mənə təsdiq etməyə imkan verir ki, Fransa bu il NATO-nun müəyyən etdiyi 2 faizlik hədəfə çatacaq", deyə Lekornu bildirib.
Nəşr qeyd edir ki, Fransa müdafiə xərclərini kəskin şəkildə artırır. 2017-ci ildə Fransa ordusuna 30 milyard avro xərcləyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Ukraynaya mərmi və silahların tədarükü Avropa İttifaqına öz müdafiəsini gücləndirməyə və istehsal bazası yaratmağa kömək edəcək. Avropa ölkələri, Makronun fikrincə, artıq mövcud texnoloji baza əsasında istehsal və əməliyyat əməkdaşlığından başlamalıdır.
Samir