Bakıda Beynəlxalq Qadınlar festivalı keçiriləcək.
Hit.az xəbər verir ki, festival 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunacaq. Tədbir martın 8-9-da Bakı “Baku Crystal Hall”da baş tutacaq.
Festivalda Xalq artisti Aygün Kazımova, Röya, Tünzalə Ağayeva, Miriyusif, meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Rəsul Əfəndiyev, Hiss, Elvin Babazadə, Miro, Maatden Rəssam, Kamerton rəqs qrupu və başqaları iştirak edəcək.