Sosial şəbəkə asılılığı nə üçün yaranır? - Psixoloq izah etdi 

SOSİAL
15:06 / 16.02.2024
694

"Sosial şəbəkələrdən istifadə insana görə dəyişir. Bəzi şəxslər işdən gələndən sonra dincəlmək üçün sosial şəbəkələrə vaxt ayırırlar".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bəzi insanlar da fikirlərinin dağılması üçün sosial şəbəkələrdən istifadə edirlər:

"Həmin insanlar işdən evə gələndən sonra fikirlərinin yayılması üçün bir çox sosial şəbəkədən istifadə edirlər. Yəni sinirlərinin, əsəblərinin sakitləşməsi üçün öz düşüncələrini bir anlıq dayandırıb başqa insanların dediyi sözlərə baxaraq fikirlərini yayındırmağa çalışırlar. 

Əslində bu, işləyən insanların evə gəldikdən sonra televizora baxmaq metodu kimidir. Həmin insanlar yorğunluqlarını azaltmağa çalışdıqlarını düşünsələr də, yanılırlar. Çünki həmin an sosial şəbəkələrdə beyinlərini yorurlar".

343943

Həmsöhbətimiz onu da qeyd edib ki, bəzi insanlar isə mütəmadi olaraq günün böyük hissəsini sosial şəbəkələrdə keçirirlər:

"Nə qədər qəribə olsa da, bəzi insnalar sosial şəbəkələrdə ağır həyat hekayələrində baxırlar. Bəziləri isə xəbərləri sosial şəbəkələrdən izləyir. İnsanların bir qismi isə bloggerlərin və məşhurların həyatlarına sosial şəbəkələr vasitəsilə baxırlar. Onlar da bir növ öz fikirlərini yayındırmağa çalışırlar. Yəni öz dağınıq düşüncələrindən qaçmaq üçün ani olaraq bir neçə saatlıq dayanırlar.

Bəzi insanlar da məşhurların həyat tərzlərinə baxaraq onlar kimi olmağa çalışırlar. Amma bir çoxları da öz dərdləri və düşüncələrindən qaçmaq üçün başqalarının həyatlarını izləyirlər. Sanki başqalarının həyatlarına baxaraq bir neçə saat öz həyatlarından uzaqlaşırlar".

Psixoloq qeyd edib ki, həmin insanlar duyğularından və hisslərindən qaçırlar:

"Ancaq qaçmaq çarə deyil. Unutmayaq ki, izlədiyimiz parlaq həyat görüntüsünün arxasında nələrin olduğunu bilmirik. Əslində biz duyğularımızdan qaçmağın deyil, onun həll yollarını tapmalıyıq. Duyğu düşüncələrimizə çarə tapa bilərik. Məsələn, bir neçə saat telefona toxunmayacağımızla bağlı özümüzə söz verə bilərik. Bunun əvəzinə dostlarımızla duyğularımızı paylaşmaq və ya maraqlı bir film izləmək olar. Həmçinin, kitab oxumaq və ya başqa fəaliyyətlə məşğul ola bilərik. 

Düşünürəm ki, boş zamanımızı nə üçün sosial şəbəkələrdə keçirdiyimizə dair özümüzə sual verməliyik. Ümumiyyətlə, özümüzlə üzləşərək çox şeyə nail ola bilərik. Sosial şəbəkələrdə vaxt keçirməyin sadəcə düşüncələrimizdən qaçmaq üçün olduğunu unutmamalıyıq". 

Pərviz

0