Ədliyyə naziri vəzifəsinin müvəqqəti icrası Azər Cəfərova tapşırıldı

SİYASƏT
15:18 / 16.02.2024
372

Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

HİT.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl ədliyyə naziri Fikrət Məmmədov olub.

0