Saxta kosmetik məhsulların ziyanı nədir?

ÖLKƏ
21:50 / 16.02.2024
345

Gözəl görünmək istəyən xanımlar kosmetik vasitələri xarici görünüşün yaxşılaşmasına yönəlmiş kompleks qulluğun ayrılmaz hissəsi sayır. 

Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyətilə görülən tədbirlər heç də həmişə yaxşı nəticələnmir.

Fəsadlar da əsasən saxta, keyfiyyətsiz kosmetik vasitələrin nəticəsində meydana çıxır.

Kosmetoloq Səadət Həsənova Hit.az-a bildirib ki, xanımlarkosmetik vasitə seçərkən diqqətli olmalıdırlar:

"Keyfiyyətsiz, saxta kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var. Saxta kosmetika və parfümeriya insanda qıcıqlanmaya, qaşınmaya, allergiyalara, səpkilərə səbəb ola bilər.

Təəssüf ki, saxta məhsulların yol açdığı fəsadlar bununla yekunlaşmır. Bizə ənlik, kirşan, tonal krem, sürmənin yaratdığı problemlərlə bağlı şikayət edənlər var. Əsasən allergiyalar, üzdə olan səpkilər, dərinin qırışması, ləkə düşməsi ilə bağlı müraciət edirlər. Gözlərlə bağlı yaranan problem arasında isə ən çox göz qapaqlarının şişməsi, qızarması, gözaltı torbanın yaranması, qırışların, qazayaqlarının meydana gəlməsi daha tez-tez baş verir".

Sevinc

0