Taksilər də artıb, təhlükələr də - Sürücülərə kim nəzarət edir?

İQTİSADİYYAT
17:27 / 16.02.2024
479

Azərbaycanda taksi  xidmətləri artandan bəri iki adamdan biri “ Priuslar” dan şikayət edir.

Onları yeriyən ölüm, qəza maşını adlandıranlar da var. İş tapmayan, ürəyi istəyən hər kəs taksi sürücüsü işləyə bilər.

Bəs onların psixoloji vəziyyəti ilə maraqlananlar var?

Yaxından tanıdığım gənc oğlanlardan birinin dilindən eşitdiyim:

 Qızlarla tanış olmaq üçün adımı “Bolt”a yazdırdım. Qızlar çox zaman biznes klass sifarişlər edirlər, mən də öz bahalı maşınımla gedib, əlaqə yaradıram. Sifarişi verən qız yox, kişi olanda zəng edib deyirəm ki, yol tıxacdır. Gələ bilmərəm”.

Bu kimi hallara nəzarət varmı?

Yoxdur. Əməlli başlı-boşluq var. Hər dəfə ölkədə bu məsələ gündəmə gələndə sürücüləri narkoloji testdən keçirməklə işi bitmiş hesab edirlər. Halbuki sürücü təkcə narkoman yox, ürək xəstəsi, gözü zəif  görən. psixoloji xəstə də ola bilər.
Bu səhər avtomobilinə mindiyim gənc oğlan özü etiraf elədi ki.psixi problemləri var, tez-tez özünü öldürmək barədə düşünür. 

“Yolda ayağaımı qaza basıram. Deyirəm, nə olar, olar”.

Təsəvvür edirsiniz belə bir insan sükan arxasında nə qədər həyatı sevən, məsum insan üçün təhlükə saçır?

Yol polisi yalnız yol hərəkəti qaydasını pozanda cərimə yaza bilir. 

Bəs dərdimizi hara deyək?

Ehtiyatda olan polis zabiti Mürsəl Zahidov hesab edir ki, taksi xidmətlərinin sürücünü qiymətləndirmək üçün tətbiq etdiyi proqram işə  müəyyən qədər yarayır. 

“Haqqında  mənfi rəy yaradılmış sürücüyə müştəri verilmir. Ona görə, sürücülər  özlərini düzgün aparmağa çalışırlar”,- deyə o Hit.az-a bildirib.

“Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2016-cı il 16 may tarixli 18/Q nömrəli qərarı ilə təsdiq edilmiş “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”nda edilmiş dəyişikliklərə əsasən, sürücülər xüsusi hazırlıq kurslarından keçməlidirlər. Burda sürücülər təlimatlandırılır. Polis hər yerdə vətəndaşın yanında ola bilmir. Bu mənada vətəndaş ayıq-sayqılığı vacibdir. Sürücüdən narazı qalanda taksi şirkətinə, yol polisinə müraciət edilməldiir. Bir neçə həmkarlarının cəzalandığını görəndə sürücü özünü nümunəvi aparmağa cəhd edəcək”, deyb.

Murad

0