AK rəhbəri Avropa ölkələrini müdafiəyə daha çox xərcləməyə çağırdı

DÜNYA
20:00 / 16.02.2024
595

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Avropa ölkələrini müdafiəyə daha çox xərcləməyə, Avropanın müdafiə sənayesini stimullaşdırmağa və istehsalı artırmağa çağırıb. 

HİT.az xəbər verir ki, o, bu barədə "Financial Times"a müsahibəsində bildirib.

"Daha çox xərcləməliyik, daha yaxşı xərcləməliyik, avropalılar kimi xərcləməliyik... Çox dağınıq müdafiə bazarımız var və bunu dəyişmək lazımdır. Komissiyanın səlahiyyətləri hansılardır? Bu sənayedir. Bu, bizim əsas işimizdir", deyə AK rəhbəri bildirib.

Nəşr qeyd edib ki, Avropa İttifaqı rəsmiləri daha ​​böyük, daha etibarlı və səmərəli Avropa müdafiə sənayesi yaratmaq üçün Ukrayna münaqişəsinin başlanmasından bəri üzv dövlətlərin hərbi xərclərini maksimum dərəcədə artırmağa çalışırlar.

Eyni zamanda, qəzet yazır ki, Rusiyadan artan təhlükələr qarşısında Avropanın hərbi-sənaye kompleksini nizama salmaq planı fevralda dərc edilməlidir.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok müdafiə sektorunda Avropada əməkdaşlığın genişləndirilməsini təklif etmişdi.

Samir

0