ABŞ senatorları NATO-Macarıstan problemlərini həll etmək üçün Budapeştə gəlir

DÜNYA
18:25 / 16.02.2024
336

ABŞ-ın Budapeştdəki səfirliyi bildirib ki, ABŞ Konqresinin nümayəndə heyəti NATO və Macarıstan arasında "strateji məsələləri" müzakirə etmək üçün bazar günü Budapeştə gələcək. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Diplomatik missiya vurğulayıb ki, ABŞ senatorlarından ibarət ikitərəfli nümayəndə heyəti fevralın 18-də Macarıstana gələcək. Onun tərkibinə demokrat senatorlar Canni Şahin, Kris Murpi və Kris Van Hollen, eləcə də respublikaçı senator Tom Tilis daxil olacaq.

Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Birləşmiş Ştatlar Macarıstandan İsveçin NATO-ya üzvlüyünü mümkün qədər tez ratifikasiya etməyi gözləyir.

NATO-nun Brüsseldəki mənzil-qərargahında mətbuat konfransı zamanı sualları cavablandıran müşavir deyib ki, Macarıstan tərəfinin bu məsələyə baxılmasında növbəti gecikmə halında Amerika hakimiyyətinin atacağı addımları səsləndirmək niyyətində deyil. Bununla belə, o, Ağ Evin bu məsələdə səbrinin həmçinin hüdudsuz olmadığını deyib.

Samir

0