“GL” ASC məhkəmə qarşısında

İQTİSADİYYAT
22:36 / 16.02.2024
395

“GL” Açıq Səhmdar Cəmiyyəti cərimələnə bilər. 

Hit.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə iş başlanıb. 

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

347-ci maddədə vəzifəli şəxslərin yüz əlli manat məbləğində, hüquqi şəxslərin isə üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

Anar

0