Qədir Qızılsəs: “Traktorla toy çadırını dağıtdılar, mənə qulaq asanı qabağımda bıçaqladılar”

HADİSƏ
10:48 / 18.02.2024
555

Müğənni Qədir Qızılsəs Lent.az-a başına gəlmiş maraqlı və qeyri-adi hadisələr barədə danışıb.

“Aran rayonlarından birinə toya getmişdim. “Palatka” toyu idi. Ev sahibi gözəl süfrələr açmışdı, toya həddən çox adam dəvət olunmuşdu. Məclisin ən qızğın vaxtı çöldə hay-küy qopdu. Hamı başladı qaçışmağa. Bir də gördük, toy çadırı uçdu. Məni qolumdan tutub çölə qaçırtdılar. Heç demə toy sahibinin düşməni varmış. “K-700” (el dilində ona kasemsot deyirlər) deyilən böyük traktorla girib bütün çadırı, məhləni şumladı keçdi, yemək qazanlarını aşırdı. Toy beləcə yarımçıq qaldı”, - o bildirib.

Qədir Qızılsəs toyda yaşadığı başqa bir faciəni də xatırlayıb.

“Bir dəfə də toylardan birində bir kişi yaxınlaşdı mənə, cibimə pul basdı, dedi bir muğam oxu. Başladım oxumağa, bu da arxası məclisə tərəf, qarşımda durub qulaq asır. Bir də gördüm bir nəfər də yaxınlaşır. Elə bildim, o da mahnı sifariş edəcək. Əlini atdı cibinə, bıçaq çıxarıb qarşımda dayanmış adamın belindən sapladı. Adam qarşımda can verdi. Toy yasa döndü”, - o bildirib.

0