\"Stellantis\" satışları rekord qırdı

11:02 / 19.02.2024
353

Niderlandın məşhur avtomobil istehsalçısı "Stellantis" böyük uğura nail olub.

Hit.az xəbər verir ki, şirkətin ötən ilki qazancının məbləği bəlli olub.

Belə ki, "Stellantis"in ümumi gəlirləri 189,5 milyard avroluq rekord səviyyəyə çatıb. Bu da şirkətin gəlirlərinin 6 faiz artması deməkdir. Həmçinin, "Stellantis"in 18,6 milyard avro xalis mənfəət əldə etdiyi də açıqlanıb. Bu göstərici isə 11 faiz artıb.

Şirkətin elektromobillərinin satışında da 21 faiz artım qeydə alınıb. Hətta "Stellantis" hibrid avtomobillərin satışında ABŞ-də liderdir.

Qeyd edək ki, "Stellantis" 2024-cü ildə 48 model istehsalına nail olmağı hədəfləyir.

Pərviz

0