Politoloqa mənimsəməyə görə 10 il iş verildi

ÖLKƏ
12:23 / 19.02.2024
399

Yarım milyon manatlıq mənimsəmədə ittiham olunan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrayıl Fərzəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, C.Fərzəliyev 10 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəbrayıl Fərzəliyev 527 min manatlıq mənimsəmədə ittiham edilir. O, həmin pulun 342 min manatını bankdan kreditlə götürüb. Həmin vəsait geri ödənilməyib.

Cinayət işi üzrə zərərçəkmiş qismində “Paşa Bank” və Gənclər Fondu tanınıb.

Qeyd edək ki, C.Fərzəliyev politoloq kimi də fəaliyyət göstərib. O, 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

0