Rusiya Xruşşovun 1954-cü ildə Krımıla bağlı qəbul etdiyi qərarı ləğv edə bilər

13:53 / 19.02.2024
508

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Krımın Ukrayna Sovet Sosialist Respublikasının (UKSR) tərkibinə verilməsi ilə bağlı 1954-cü ildə qəbul edilmiş qərarın qanunsuz olduğunu tanıyaraq, ləğv edilməsini təklif edib. 

HİT.az xəbətr verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bu torpaq 1954-cü ildən formal olaraq Ukraynadır və ondan əvvəl yüz illər Rusiyanın bölgəsi olub, 1954-cü ildə Krım Rusiyadan oğurlanıb", deyə deputat bildirib.

Zatulin qeyd edib ki, 1954-cü ildə Sovet İttifaqında, o cümlədən Krımda yarımadanın Ukrayna SSR-ə verilməsi ilə bağlı heç kim sorğu-sual olunmayıb. Onun sözlərinə görə, bu qərar o zaman mövcud olan prosedurları və qanunları pozub.

Deputat hesab edir ki, bu gün "Sovet İttifaqının varisi olan" Rusiya Federasiyasından başqa heç bir ölkənin o vaxt qəbul edilmiş aktlara qanunvericilik səviyyəsində mühakimə etmək hüququ yoxdur.

1954-cü il fevralın 19-da Nikita Xruşşov SSRİ-nin başında olanda Krım Ukraynaya verilib. Rusiya 2014-cü ildə Krımı ihlaq edib.

Samir

0