Ağıllı adamların xəstəliyi - Şizofreniya nədir?

ÖLKƏ
17:18 / 19.02.2024
577

Psixozun ən çox görülən forması olan, ciddi və kompleks ruhi xəstəlik sayılan şizofreniyanı mütəxəssilər ağıllı adamların psixi xəstəliyi adlandırırlar.

Çünki bir çox dahi sənətkarlar, alimlər bu xəstəliyin daşıyıcısı olublar.

Hit.az-ın xəbərinə görə, bu xəstəliyə çox zaman ən dahi şəxsiyyətlər tutulub.

Bəs şizofreniya tam olaraq nədir, onu necə başqa xəstəliklərdən ayırd etmək olar, müalicəsi varmı?

Hit.az-ın bu sualını psixiatr Maya Cəfərquliyeva cavablandrır.

“Şizofreniya müasir tibbdə beyin fiziologiyasının anormallığı kimi qəbul edilir. Hər 100 nəfərdən birində rast gəlinən xəstəlikdir. Şizofreniya  zamanı əgər şəxsdə tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə, zərər görmə düşüncələri yer alırsa,  jalusinasiyalar, olmayan şeylərin gözə görünməsini iddia edirsə, olmayan səsləri eşidir, qəzəbini kontrol altında saxlaya bilmirsə bu şşizofreniyadan xəbər verir.

Şizofreniya xəstəsi danışıq qabiliyyətinin pozulması, uyğunsuz danışma, çox və mənasız danışma, hər şeydən şübhələnmə, heç kimə güvənməmə kimi xarakterlər əldə edir.

Şizofreniya xəstəliyinin müalicəsinə erkən başlanıldıqda həmin şəxs gündəlik həyatına davam edə bilir, əks halda sosial əlaqələrinə ziyan dəyir və xəstəlik xroniki vəziyyətə keçir. Bu xəstəlik ömür boyu nəzarət və dərman müalicəsi tələb edir”,- deyə həkim bildirib.

Murad

0