Müğənni İlahə Fəda Azərbaycandan köçdüyünü açıqlayıb.
Axşam.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, uzun müddətdir Avropadadır.
İlahə izləyicilərinin "Buralara qayıtma" şərhinə "Elə də edəcəyəm" cavabını verib.
İlahə paylaşımlarından birində Almaniya olduğunu vurğulayıb. İfaçının paylaşdığı şəkildə görünüşündəki dəyişiklik diqqətdən qaçmayıb.