"Qalatasaray" rəsmisi Toral Bayramovu izləmək üçün yenidən Azərbaycana gəlir

İDMAN
10:11 / 20.02.2024
628

“Qarabağ”ın futbolçusu Toral Bayramovun “Qalatasaray”a transferi yenidən gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi ümidləri doğrultmayan sol cinah müdafiəçisi Angelinyo ilə yollarını ayırıb. “Cim-Bom” bu boşluğu Azərbaycan yığmasının üzvü Toral Bayramovla doldurmaq niyyətindədir. 

“Sarı-qırmızılılar”ın futbol direktoru Cenk Ergün millimizin üzvünü yerində izləmək qərarına gəlib. Klub rəsmisi bu məqsədlə bir dəfə Azərbaycanda olub.

O, Bayramovu bu həftə “Braqa” ilə Avropa Liqasının cavab matçında növbəti dəfə canlı izlədikdən sonra qərarını konkretləşdirəcək.

Qeyd edək ki, Toral Bayramovun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

0