Bulinq nədir?

SOSİAL
21:09 / 20.02.2024
1066

“Bullinq şagirdlər arasında kiminsə təklənməsi, ona sinif yoldaşları tərəfindən bilərəkdən olunan qərəzli təzyiqdir. Bu cür münasibətlər yeniyetmələr arasında olan aqressiya və davranış problemlərindən doğur. Bu daha çox yeniyetmələrin bir-birinə psixoloji təzyiq etdikləri anlarda baş verir ki,  bu da sonda fiziki şiddətlə nəticələnir. Bu cür təzyiqlər bullinqin bir formasıdır. Və təəssüf ki, cəmiyyətdə daha çox oğlanlar arasında təsadüf olunan bu hal indi qızlar arasında da geniş yayılıb”.

Bu sözləri Hit.az-a psixoloq Könül İsmayılova deyib.

O qeyd edib ki, valideynlər uşaqlarının hansı referant qrupda olduğunu bilsələr, zorakılığın qarşısını ala bilərlər:

“Bu gün məktəblərdə dəhşətli intim proseslər gedir, zorakılıq halları baş verir. Sadəcə, övladlarınızı yetərli qədər maarifləndirin. Bu gün qızların terapiya zamanı bizə dediyi budur: 

“Biz anamızla danışa bilmirik. Danışsam, məni təhdid edəcək, atama deyəcək. Anamızla rəfiqə ola bilmirik”. 

Övladı ilə rəfiqə ola bilməyən insan övladı ilə münasibətdə 1-0 uduzmuş olur”.

Psixoloq qeyd edib ki, müasir dünyada təhsil sistemində uşaqların təqib edilməsi problemi həm pedaqoqlar, həm də psixoloqlar üçün çox aktualdır.

Sevinc

0