"Mercedes" avtomobillərində şok problem: YANA BİLƏR

AVTO
11:23 / 21.02.2024
1184

Dünyaca məşhur avtomobil istehsalçısı "Mersedes-Benz" sürpriz addım atıb.

Hit.az xəbər verir ki, Almaniya şirkəti 250 min avtomobilini geri çağıracaq.

Sözügedən qərar "Mercedes"in 2023-cü ildə istehsal olunan "AMG GT", "C-Seriyası", "CLE", "E-Seriyası", "EQE", "EQS", "GLC", "S-Seriyası" və "SL" modellərini əhatə edəcək. 

Avtomobillərdə yanğın riskinin olması səbəb kimi göstərilib. Üstəlik, həmin avtomobillərin müəyyən hissələrinin ödənişsiz şəkildə dəyişdiriləcəyi də açıqlanıb. Hər bir avtomobil üzərində 2-5 saat arası iş aparılacağı qeyd olunub.

Pərviz

0