Aktrisa hədəflərindən danışdı: "Aparıcı və rejissor ola bilərəm"

MAQAZİN
16:35 / 21.02.2024
672

"Ötən gün "Bir qadın" serialının final bölümünü çəkdik".

Bu sözləri tanınmış aktrisa Leyla Babayeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, serialın çəkilən bölümləri hələ yayımlanmağa davam edir:

"Lakin axırıncı çəkiliş günümüz idi. Hər gün çəkilişdə olduğum üçün qısa bir müddət dinlənəcəm. Ondan sonra isə yeni layihə ilə tamaşaçıların qarşısına çıxmaq istəyirəm. Karyeramda hələlik yenilik yoxdur. Amma təkliflər olsa, dəyərləndirəcəyəm. Mən onsuz da çəkiliş meydançasında həm işləyirəm, həm də dincəlirəm".

Aktrisa klip təkliflərini qəbul etmədiyini söyləyib:

"Mən həm də reklamlara çəkilirəm və səsləndirmə edirəm. Lakin klipə çəkilmirəm. Bir neçə məşhur müğənninin kliplərinə dəvət alsam da, qəbul etməmişəm. Çünki mən özüm də bir vaxtlar ifa etmişəm və nə vaxtsa bunu davam etdirməyi düşünürəm. Ona görə də kiminsə klipində oynamaq istəmirəm". 

Həmsöhbətimiz aparıcılıq hədəfindən də söz açıb:

"Aparıcı olmaq istəyərəm. Mənə uyğun layihə olarsa hansısa kanalda proqram aparmağı arzulayıram". 

Leyla Babayeva diqqətə çatdırıb ki, rejissorluq da edə bilər:

"Bəzən ssenari yazmağı düşünürəm, amma yazmıram. Çünki bu, çox məsuliyyətli işdir. Əslində, mən aktrisalıq vəzifəmlə yanaşı digər işlərlə də məşğul oluram. Geyim, qrim kimi digər işlərə də kömək etməyə çalışıram. İstəyirəm ki, ortaq bir iş görək və hər kəsə dəstək olum. 

Bəzən rejissorlara da kömək edirəm. Bir sözlə, komanda işi görməyə çalışıram. Hətta bəzi rejissorlar mənə köməkçisi və ikinci rejissor olmağı təklif edib. Amma düşünürəm ki, o daha ağır və məsuliyyətli işdir. Buna baxmayaraq, ikinci rejissor kimi işləyə bilərəm. Nəticədə, hər gün çəkiliş meydanında oluram və işi bilirəm".

Pərviz Şimşək

0