Nazilə Səfərli: "O sözü mən deməmişəm, Tolik deyib"

MAQAZİN
14:14 / 22.02.2024
475

Şairə Nazilə Səfərli adından yayılan "İlhamə Quliyeva sağ olsaydı, mən bu qələti edə bilərdim?" fikirinə aydınlıq gətirib.

O, Hit.az-a həmin fikirlərin ona aid olmadığımı deyib:

"O sözü mən deməmişəm. Bu fikirləri Tolik deyib. Mən tolikin verilişində qonaq idim. Tolik üzünü ekrana tutub dedi ki, "İlhamə xanım sağ olsaydı, mən bu qələti edə bilərdim?". Yəni kiməsə, hansısa məşhura ad günü keçirə bilərdim".

Qeyd edək ki, şairə Nazilə Səfərli verilişlərin birində son zamanlar özünü İlhamə Quliyevaya bənzətdiyini deyib:

"Tolik mənə ad günü etdi. Məni kresloda əyləşdirdi. Monitorda özümə baxdım, öz-özümə dedim ki, "İlhamə Quliyeva sağ olsaydı, mən bu qələti edə bilərdim?". İlhamə xanım çox hegemon qadın idi. Yaxşı ki də, elə idi", deyə bildirib.

Azra 

0