Boşanmaların sayı nə üçün kəskin artıb? - "Gözləntiləri yüksək olur"

SOSİAL
13:55 / 22.02.2024
933

Xəbər verdiyimiz kimi, 2023-cü ildə boşananların sayı evlənənlərin sayından çox olub. 

Belə ki, ötən ölkədə 54200 nikaha daxilolma və 21688 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsin məlumat yayıb. Qeyd olunub ki, 2023-cü ildə 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq, 6,1-dən 5,3-ə düşüb. Həmçinin, boşanmaların sayının isə 1,6-dan 2,1-ə qədər artdığı bildirilib. 

Maraqlıdır, nə üçün boşananların sayı evlənənlərin sayını üstələyir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən psixoloq Vəfa Rəşidova deyib ki, bir çox insan evliliyin məsuliyyətini dərk etmir:

344334

"Evliliyin məsuliyyətini dərk edən cütlüklər çox azdır. Təəssüf ki, Azərbaycanda evlilikdən öncə maarifləndirmə aparılmır. Yəni demək olar ki, insanların əksəriyyəti evləndikdən sonra ailə həyatlarını və yaşanacaq problemləri necə idarə edəcəklərini bilmirlər. 

Ona görə də iqtisadi, sosioloji, psixoloji və ya digər problem baş verəndə, habelə ailədə mənəvi bir böhran yaşananda dərhal boşanmağa qərar verilir. Çünki gənclər evliliyə hazır deyillər".

Onun sözlərinə görə, bəzi şəxslərin evlilikdən gözləntisi çox olur:

"O gözləntilər doğrulmayanda isə bəzi insanlar boşanmağa qərar verirlər. Əslində evlilik yeni bir məsuliyyətli həyata atılan addımdır. Öncə bunu dərk etmək, sonra evlənmək lazımdır.

Düzdür, boşanmalar bəzən valideynlərin müdaxiləsi olması səbəbindən də qaynaqlanır. Amma bir çox hallarda evlilikdən gözlənti yüksək olur. Bu da psixoloji olaraq gənclərin evliliyə hazır olmadığını və bu mənada maariflənmədiyini göstərir".

Pərviz

0