Fransa-Ermənistan yaxınlaşmasının səbəbləri BƏLLİ OLDU 

SİYASƏT
12:43 / 23.02.2024
566

"Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında vasitəçilik iddiasında olan bütün aktorlar, o cümlədən də Fransa ancaq öz maraqları barədə düşünür".

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Kənan Novruzov bildirib.

Ekspert deyib ki, onların bu qədər təəssübkeş kimi görünməsi və canfəşanlığı əslində özlərinin maraqlarından xəbər verir:

"Fransa da digər aktorlar kimi Cənubi Qafqazda möhkəmlənmək istəyir. Üstəlik, rəsmi Paris bu hədəfinə nail olmaq üçün regionun ən zəif bəndi olan Ermənistandan istifadə edir. İki dövlət arasındakı yaxınlaşmanın da əsas səbəbi budur". 

344404

O əlavə edib ki, Fransa Ermənistanı şirnikləndirərək öz tərəfinə çəkir, sonra isə ona diqtə edir:

"Rəsmi İrəvan isə istənilən situasiyada gedib Parisin "ətəyindən" yapışır. Biz bunu təxminən ABŞ-Ukrayna və Avropa İttifaqı-Ukrayna münasibətləri ilə müqayisə edə bilərik. Onlar da Ukraynaya verdikləri vədləri tam olaraq yerinə yetirmədilər. Demək olar ki, Fransa ilə Ermənistan arasında da eyni vəziyyət təkrarlanır. Hansı ki, Ermənistan Ukrayna ilə müqayisə belə olunmayacaq səviyyədədir".

Kənan Novruzovun sözlərinə görə, Fransa hakimiyyəti Azərbaycanın səyləri nəticəsində regionda sülh mühitinin tədricən yetişdiyini görür:

"Yəni Fransa bundan narahat olduğu və prosesə əngəl olmaq üçün Ermənistanı öz tərəfinə çəkir. Hətta rəsmi İrəvanı yeni təxribatlara əl atmağa və destruktiv mövqeyində qalmağa davam etməyə təhrik edir. Həmçinin, Fransa Ermənistana Rusiyadan uzaqlaşması ilə bağlı da göstərişlər verir". 

Pərviz

0