Körpələrin qəfil ölümünə səbəb olan əsas risk faktoru müəyyən edildi

MARAQLI
13:58 / 23.02.2024
534

Aparılan araşdırma nəticəsində məlum olub ki, ani körpə ölümlərinin 60%-i uşaq və valideynin eyni səthdə birlikdə yatması zamanı baş verir. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Pediatrics" jurnalında dərc olunub.

Alimlər 2011-2020-ci illər arasında ABŞ-ın 23 regionunun sakinləri arasında qəfil körpə ölümü ilə bağlı 7595 hadisəni müəyyən ediblər. Məlum olub ki, 59,5% hallarda ölüm zamanı uşaqlar və valideynlər eyni yuxu səthində olublar.

Çox vaxt körpələrin yaşı üç aydan az olub, anaları hamiləlik dövründə daha çox siqaret mıkib və ölüm zamanı valideynləri tərəfindən nəzarətsiz qalıb. Tədqiqatın nəticələri pediatrlara və valideynlərə daha qəfil körpə ölümlərinin qarşısını almağa kömək edəcək.

Samir

0