İstanbul haqqında bunları bilirdiniz? - 10 FAKT 

MARAQLI
19:21 / 23.02.2024
959

Türkiyənin İstanbul şəhəri dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. 

Hər il dünyanın müxtəlif yerlərindən bu şəhərə milyonlara turist gəlir. Şəhərin tarixi adı isə Konstantinopolis olub. İstanbul bütün dünyada o qədər populyardır ki, hətta bəzən onu paytaxt hesab edirlər. 

Onu da qeyd edək ki, İstanbul Türkiyənin ən böyük və ən çox əhalinin yaşadığı şəhəridir. Həmçinin, İstanbul əhali sayına görə Avropada 1-ci, dünyada isə 6-cı sıradadır. Bu şəhər iqtisadi baxımdan dünyanın ən böyük 34-cü şəhəri hesab olunur. Şəhərdə 39 ilçə və 40 bələdiyyə var. 

Bəs İstanbul haqqında nələri bilirik? 

Hit.az İstanbul haqqında ən maraqlı 10 məlumatı təqdim edir:

1. İstanbul dünyada Avropa və Asiya kimi iki qitədə yerləşən yeganə şəhər ünvanına sahibdir. 

2. İstanbulda 237 hamam var. Onların çoxu Osmanlı İmperiyası dönəmində tikilib. Hazırda isə onların təxminən 60-ı fəaliyyət göstərir. 

3. İstanbul 7 təpə üzərinə inşa oldunuğu üçün "7 təpəli şəhər" olaraq adlanır. 

4. İstanbulda 1875-ci ildə inşa edilən metro dünyanın ən qədim 3-cü metro xəttidir. 

5. Sözügedən şəhər Türkiyədə ən çox əhalinin məskunkaşdığı şəhər özəlliyinə də sahibdir. 

6. İstanbul 16 milyondan çox nüfuzu ilə Yunanıstan, Portuqaliya, Belçika, Tunis kimi dünyadakı bir çox ölkədən daha böyükdür. 

7. 1502-ci ildə dünyada ən sıx əhalinin yaşadığı şəhər məhz İstanbul idi. 

8. Dünyanın ən məşhur dedektiv yazıçılarından olan Aqata Kristi çox sevilən "Şərq ekspresində qətl" romanını İstanbuldakı "Pera Palas" adlı oteldə yazıb. 

9. İstanbul fərqli zamanlarda 4 fərqli imperiyanın paytaxtı olub. 

10. İstanbul Türkiyə turizmi üçün də çox əhəmiyyətli yerə sahibdir. Belə ki, bu şəhər turizm sayəsində qardaş ölkəyə hər il 30 milyon dollardan çox vəsait qazandırır.

Pərviz

0