Sülh müqaviləsi istiqamətində danışıqlara bəlli fasilə var idi, amma mətn üzərində iş gedirdi.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamsında XİN rəhbəri Ceyhun Bayramov deyib.
"Münhen TK-də Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirildi və bundan sonra yenidən prosesə start verilməsi barədə qərar verildi. Yaxın günlərdə Ermənistan nümayəndə heyəti ilə sülh müqaviləsi üzrə fiziki olaraq danışıqların keçirilməsi planlaşdırılır", - nazir deyib.