Azərbaycana "Prius" idxalına qadağa qoyula bilər? - AÇIQLAMA 

İQTİSADİYYAT
17:09 / 27.02.2024
567

Azərbaycanda baş verən avtomobil qəzalarının çox böyük əksəriyyəti "Prius"ların iştirakı ilə baş verir. 

Sözügedən modeldən şikayətlər də durmadan artır. Hətta insanlar "Prius" almaq istəmirlər. Əlbəttə ki, bunun ən böyük səbəblərindən biri də taksi kimi fəaliyyət göstərən "Prius" avtomobilləridir. Çünki qəzaların böyük hissəsi məhz taksi xidməti göstərən "Prius" avtomobillərin iştirakı ilə yaşanır. 

Bütün bunların fonunda ölkəmizə "Prius" avtomobillərin idxalına qadağa qoyula bilər? Bu məsələnin gündəmə gəlmə ehtimalı var?

344677

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında bildirib ki, əslində baş verən qəzalarda hər hansısa nəqliyyat vasitəsinin günahı yoxdur:

"Üstəlik, "Prius"un texniki parametrləri dünya standartlarına uyğun gəlib və sertifikatlar alıb. Ona görə də düşünürəm ki, Azərbaycanda "Prius"lara hər hansısa qadağanın tətbiq edilməsindən danışmaq doğru deyil. Qəzaların baş verməsinin əsas səbəbi sürücülərdir. Yəni problemi bu avtomobilləri idarə edən şəxslərdə axtarmaq lazımdır.

Mövcud normativləri pozan, qayda-qanunlara əməl etməyən, qırmızı işıqda keçən və sürət həddini aşan sürücülərə baxmaq lazımdır. Hesab edirəm ki, həmin sürücülərlə bağlı araşdırma aparılmalı, məsələnin mahiyyətini öyrənməli və problemləri aradan qaldırmalıyıq". 

Pərviz

0