NATO Ukraynaya qoşun yeridəcək? - Stoltenberqdən açıqlama

DÜNYA
15:26 / 27.02.2024
364

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı Ukraynaya silahlı qüvvələr göndərmək niyyətində deyil. 

HİT.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

"NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra fəaliyyətimizi gücləndirdik. Lakin NATO qoşunlarını Ukraynada yerləşdirmək planları yoxdur", deyə Alyansın baş katibi vurğulayıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrindən Ukraynaya qoşun göndərəcəyini istisna etməyib. O bildirib ki, Parisdə keçirilən konfransda Avropa İttifaqı ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsi imkanları müzakirə olunub. Onun sözlərinə görə, danışıqlar aparan tərəflər öz hərbi kontingentinin Ukraynaya göndərilməsi ilə bağlı hələlik ümumi konsensusa nail olmayıblar.

Samir

0