"30 ildən sonra Zəngilanın Ağalı kəndində keçirilən toy mərasiminə mən də dəvət almışdım. Səhhətimdə yananan problemlə bağlı həmin toy mərasimində iştirak edə bilmədim. O qədər heyifsləndim ki...".
Bunu Hit.az-a açıqlamasında Əməkdar artist, muğam ifaçısı Almaz Orucova deyib. Xanəndə qarşıdakı aylarda orada yenidən toy məclisi olacağını qeyd edib:
"Öz vətənimdə 30 ildən sonra toy məclisinə gedə bilmədiyim üçün o qədər pis oldum ki... Bu da bir qismətdir. Orada tədbirlər çox olur, amma toyun yeri başqa idi. Qarşıdan yaz gəlir, yəqin ki, toylar bir-birinə calanacaq. Bütün torpaqlarda toy olsun, amma Zəngilanın yeri bir başqadır. Çünki orada uşaqlığım keçib. Bütün ailəm, valideynlərimin uşaqlığı, əziyyəti, ömrü o torpaqda keçib. Doğulduğum torpaq bir başqadır".
Xanəndə gələcəkdə Zəngilanda yaşayacağını da diqqətə çatdırıb.
Azra