Uşaqlarda nitq və görmə zəifliyi

ÖLKƏ
22:47 / 28.02.2024
353

Azərbaycanda uşaqlar arasında görmə qabiliyyətində, danışığında problemlər aşkarlananların sayı artıb. Müasir texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onların bizə faydaları olduğu kimi, zərərləri də var. 

Uşaqlarda görmə və danışıq problemlərinin çoxalmasının başlıca səbəbi kimi telefon, planşet və bu kimi rəqəmsal texnologiyalar göstərilir. 

Bu cihazlar həm də uşaqlarda tənbəllik, özünə qapanmaqla sosial aləmlə əlaqəni tamamilə kəsməyə qədər gətirib çıxarır. 

Pediatr Mətanət Əliyeva Hit.az-a bildirib ki, Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır: 

“Yetkin insanlarla müqayisədə uşaqlıq dövründə zəifgörmə səbəblərinin çoxunun qarşısını almaq daha çətindir. Buna görə də uşaqlarda reabilitasiya tədbirlərindən faydalanmaq əhəmiyyətlidir. Erkən dövrlərdə reabilitasiya tədbirlərinə başlamaqla funksional görmənin təkmilləşdirilməsi mümkündür. Məktəbəqədər 4-6 yaş dövrü reabilitasiya üçün zəifgörmə cihazlarından istifadənin başlandığı dövrdür. Uşaq bu dövrə nə qədər tez başlayarsa, gələcəkdə bu cihazlardan istifadə daha rahat olacaq. Bu cihazların sayəsində uşağın təhsil fəaliyyətində müstəqil iştirakı mümkün ola bilər. Telefon nəinki uşağın  görməsinin inkişafına, hətta onun əqli cəhətdən ünsiyyətinə də təsir edir”. 

Uşaqların danışığında problemin olmasına gəlincə, həmsöhbətimiz qeyd edib ki, bunun səbəbi ailədə uşaqlarla ünsiyyətin qurulmamasıdır:

“Uşaqlar danışdıqda onu diqqətlə dinləmək lazımdır, danışdığı önəmsiz olsa belə. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışma həvəsi yaranır ki, bu da nitqin inkişafına müsbət təsir edir. 2 yaşında olan uşaq təxminən 50 söz deməlidir. 3-4 yaş aralığında isə danışılan kəlmələrin yarısı səlist, aydın olmalıdır. 5 yaşı keçdikdən sonra artıq müalicə və müayinələr lazımdır”

Sevinc

0