Azərbaycan Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Səidə Quliyeva müasir filmlərlə bağlı giley-güzar edib.
Hit.az-a açıqlama verən aktrisa ucuz komediyaları mədəniyyətə vurulan zərbə adlandırıb.
“Bəsdirin, illərlə davam eləmiş Azərbaycan kinosu ənənələrini məhv etməyin, tamaşaçının zövqünü korlamayın, bu cinayətdir. Biz illərlə zəhmət çəkib, mədəni irsimizi nəsildən- nəsilə ötürmüşük. Sabah gələcək nəsil soruşanda nə cavab verəcəyik, bizdən onlara nə qalıb? Zövqlü tamaşaçılarımız var, 5-10 nəfər sarsaq adam kütlə demək deyil. Tamaşaçılara təqdim edilən komediya adlı biabırçılıqları yığışdırmaq lazımdır”,- deyə o bildirib.
Murad