"Pedofillər çox zaman uşağın ailəsini yaxından tanıyan adamlar olur" - Ekspert

ÖLKƏ
21:03 / 29.02.2024
462

“Cinsəl istismar bir anda olmur. Pedofil uşağı uzun zaman müşahidə edir, ailəni tanıyır, araşdırır. Pedofil adətən uşağın ailəsinə daxil olur, onun güvənini qazanır, sonra öz çirkin əməlini icra edir. Cinsi istismara məruz qalan uşaqların 95 faizi öz istismarçısını uzun müddət tanımış olur”.

Bu fikirləri Hit.az-a hüquqşünas Yeganə Bəylərova deyib.

“İstismarçıların böyük əksəriyyəti uşağın öz ailəsindən olur və uşağı ailəsinin digər üzvlərini öldürməklə hədələyir. Uşaq buna görə qorxub, susur. 
Pedofil ataları öz uşaqlarına cinsi istismara məruz qoyduqda isə bunun bütün ailələrdə baş verdiyini deyərək , belə edirlər. Çox zaman azyaşlı qız  və ya oğlan atası tərəfindən cinsi zorakılığa məruz qalmanı norma kimi qəbul edir və bunun cinayət olması  barədə bir də yetkinlik dövrünə çatdıqdan sonra məlumatlı olur. Bu ən böyük dəhşətdir. Bu mənada ən böyük yük ananın çiyninə düşür. O uşağı maarifləndirməli, nədənsə şübhələndikdə öz şübhələrindən qorxmamalı diqqət etməlidir. Bəzən qadınlar öz ərlərinin hərəkətini görüb , biabır olmamaq üçün susmağa üstünlük verirlər. Bu halda övladlarında ömürlük travma yaratdıqlarından, böyük bir faciəyə səbəb olduqlarından bixəbər qalırlar”,- o deyib.

Murad

0