Qohumlar arasında riskli evlilik...

SOSİAL
21:36 / 29.02.2024
635

El arasındakı məsələ görə, əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib. Tibb nə qədər bunun əksini söyləsə də, Azərbaycanda bu atalar məsəlini deviz halına gətirən bir çox ailələr mövcuddur.

Belə ki, qohum evliliklərinin sayı digərləri ilə müqayisədə üstünlük təşkil edir. 

Adətən valideynlər deyirlər ki, yad qızını alınca, qızımızı özgəyə verincə el-obamızdan olan, əsil-nəslinə bələd olduğumuz qardaşımız, bacımız övladlarını öz ocağımıza gətirək, ya da gəlin köçürək.

Bəzi şəxslər qohum evliliyinə razı olsa da, ekspertlər buna qarşı çıxır. Hətta bəzi ölkələrdə qohum evliyiyi qadağan olunub. Tacikistanda neçə ildir ki, qohum evliyiyi qadağan olunub.

Maraqlıdır, ölkəmizdə də qohum evliyiyi qadağan edilə bilərmi?

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, qohum evliliyi Azərbaycanda da qadağan olunmalıdır. Çünki tibb sübut edir ki, bu fəsadlıdır. Bu, insanlarda nə qədər xəstəlik yaradır:

"Modern cəmiyyətlərdə qohum evliliyi, əgər arada sevgi yoxdursa, birmənalı şəkildə qəbul edilmir. Qohumlar arasında irsi xəstəliklər varsa, bu özünü qohum evliliyindən dünyaya gələn uşaqlarda göstərir. Gen ağacı qurub xəstəliklərə nəzər salsaq və genetik xəstəliklərin olduğunu və yaxud belə xəstəliklərin daşıyıcısı olan qohumları və tərəfləri aşkarlasaq, bu zaman ehtimal daha da çoxalır. Xromosom çatışmamazlığı, əzələ boşluğu, əqli çatışmamazlıq, talassemiya, hemofiliya, şəkər, ürək-damar və s kimi xəstəliklərlə uşaqlar dünyaya gələ bilir. Adətən belə durumlarda uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşağın az çəki ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Uşaq sağlam da dünyaya gələ bilər, lakin sonradan fəsadlar ortaya çıxa bilir".

Sevinc

0