Keçmiş baş nazir: "Fransızlara həqiqəti deməliyik, III Dünya müharibəsi ola bilər"

DÜNYA
21:54 / 29.02.2024
422

Fransanın keçmiş baş naziri Manuel Vals III Dünya müharibəsinin mümkünlüyünü istisna etməyib. 

HİT.az xəbər verir ki, Manuel Vals bu barədə "Europe 1"-ə danışıb.

"Biz fransızlara həqiqəti söyləməliyik. III Dünya müharibəsi qeyri-mümkün bir şey deyil", deyə o bildirib.

Keçmiş baş nazirin fikrincə, bu və ya digər şəkildə III Dünya müharibəsinə hazırlaşmalıyıq.

O qeyd edib ki, Rusiyanın Ukraynada qələbəsi Avropa və Qərb üçün strateji, hərbi, siyasi və mənəvi məğlubiyyət demək olacaq.

Samir

0