"NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanatlar münaqişəyə müdaxilə etməmək barədə qərar qəbul edən NATO-nun prinsipinə ziddir".
HİT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazir müvafiq bəyanatla mətbuat konfransında çıxış edib.
"Avropa qoşunlarının Ukraynada mümkün görünməsi ilə bağlı istənilən plan və ya bəyanatlar NATO-nun hazırkı qərarına tamamilə zidd olacaq", deyə nazir vurğulayıb.
O, jurnalistlərə NATO-nun iki il əvvəl qəbul etdiyi münaqişəyə müdaxilə etməmək barədə Alyans daxilində qərarın mövcudluğunu xatırladıb. Siyartoya görə, dünyada mövcud gərgin vəziyyətdə təkcə Qərb siyasətçilərinin hərəkətləri deyil, həm də sözlər təhlükə yarada bilər.
Bu həftə Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək. Onun sözlərinə görə, Avropa İttifaqı qoşunlarının Ukraynaya göndərilməsi məsələsi Qərb ölkələrinin liderləri tərəfindən müzakirə edilib, lakin hələlik konsensus əldə olunmayıb. Fransanın baş naziri Qabriel Attal da Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyünü istisna etməyib və Parisin Rusiya Federasiyasının məğlubiyyətini qəbul etməyəcəyini vurğulayıb. Makronun açıqlamalarından qısa müddət sonra Almaniya kansleri Olaf Şolts bildirib ki, Berlin ümumiyyətlə Ukraynaya qoşun göndərməyəcək.
Samir