Əməkdar artist: "Onlardan da bir neçəsini yeni aranjimanda təqdim edəcəm"

MƏDƏNİYYƏT
13:44 / 01.03.2024
547

Əməkdar artist, xanəndə Almaz Orucova yaradıcılıq planlarından danışıb.

Xanəndə Hit.az-a açıqlamasında yeni mahnılar üzərində işlədiyini qeyd edib:

"Bu il bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyidir. Onunla bağlı mədəniyyət ocaqlarında tədbirlər keçiriləcək. İki gün öncə yubileyin Azərbaycan Dövlət Filarmoniyasında açılış mərasimi oldu. Gecədə mən də iştirak edirdim, bu günə kimi oxunmamış mahnılarının birini də mən ifa etdim. Çox maraqlı bir gecə oldu. Silsilə tədbirlər davam edəcək. O tədbirlərin əksəriyyətində mən də iştirak edəcəm".

Almaz Orucova yeni mahnılar üzərində işlədiyini də qeyd edib:

"Bir neçə mahnı var, hansı ki, müxtəlif sənət adamlarının repertuarlarında səslənir. Onlardan da bir neçəsini yeni aranjimanda repertuarıma əlavə edəcəm".

Azra

0