Almaniyanın sülh müqaviləsinin imzalanması üçün vasitəçilik etməkdə məqsədi nədir?

SİYASƏT
12:13 / 01.03.2024
468

Son zamanlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçilik etməyə iddialı daha bir ölkə var.

Söhbət Almaniyadan gedir. Fransanın ermənipərəst mövqeyinə görə danışıqlardan kənarlaşdırılmasının ardından rəsmi Berlin proseslərə daxil oldu. Almaniya Bakı ilə İrəvan arasındakı danışıqlarda vasitəçəlik etmək istəyir. Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Almaniyada danışıqlar aparması da sülh üçün yeni addım oldu.

Bəs Almaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçilikdə etməkdə nə üçün maraqlıdır?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, Almaniyanın da öz maraqları var:

344889

"Burada iqtisadi maraqlar daha çox ön plana çıxır. Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir. Həmçinin, Azərbaycan regionun iqtisadi və nəqliyyat cəhətdən də ön böyük potensialına malik dövlətidir. Hesab edirəm ki, Almaniyanın da danışıqlarda iştirakının əsas məqsədi Azərbaycanda daha əlverişli biznes layihələri həyata keçirməkdir".

Ekspert qeyd edib ki, əslində bu da normal yanaşmadır:

"Ümid edirik ki, Almaniya da proseslərə rassional, adekvat və normal düşüncə ilə yanaşacaq. Almaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək verəcək. Bununla da rəsmi Berlin müəyyən mənada öz maraqlarını təmin etmək istəyir".

Pərviz

0