Quru sərhədlərin bağlı olması turizm sektorunu məhv edir - ŞƏRH

İQTİSADİYYAT
17:12 / 01.03.2024
449

"Quru sərhədlərin bağlı olması turizm sektoruna ziyan vuran əsas amildir".

Bu sözləri Hit.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, regionda turizm sektorunun üçün quru sərhədlərin açılması vacibdir:

"İnkişafın qarşısında duran ən böyük maneələrdən biri neçə ildir ki, bağlı olan quru sərhədlərdir. Bu problem həll olunsa, ölkənin turizm sənayesi daha yaxş inkişaf edər. Azərbaycanda bir yandan turizmi prioritet elan edib, digər yandan bu sahəni boğmaqla məşğuldurlar. Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz. Qonşu ölkələrin statistikasına nəzər yetirəndə Azərbaycan turizminin geridə qaldığını görürük. Buna səbəb quru sərhəd bağlı olduğu üçün ölkəyə turist gəlişi yox səviyyəsindədir".

Sevinc

0