Şirin xəstəlikdən əziyyət çəkənlərin sayı artır

ÖLKƏ
22:39 / 01.03.2024
447

“Enerji mənbəyi olduğu üçün karbohidratlar da insan orqanizminə lazımdır. İnsanın beyin hüceyrələri daim işləyir. Orqanizmdə çox çətin kimyəvi proseslər gedir. Bu proseslərin getməsi üçün qlükoza sərf edilir. Hətta şəkər xəstələrinin orqanizmində qlükozanın normada olmaması belə, onların səhhətləri üçün ziyandır.

Sadəcə olaraq şəkərdən həddindən artıq istifadə etmək düzgün deyil. Gün ərzində şəkər qəbul edilməsə, qanda şəkərin miqdarı düşər və insan huşunu itirə bilər. İnsanların hərəkətsiz olması böyük problemdir. Bu da onlara təsir edir və bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. İnsan oturaq həyat keçirirsə, onda az, idmanla məşğul olursa, bir qədər çox qlükoza qəbul etməlidir”. 

Bu sözləri Hit.az-a professor, tibbi ekspert Adil Qeybulla deyib.

O bildirib ki, insanların bəziləri iddia edirlər ki, qorxu və stressdən şəkərli diabetə tutulublar. Bu 3-5 nəfərdə belə ola bilər, daha çox səhv  qidalanma nəticəsində yaranır. İnsanlar müəyyən müddət şəkərönü bir vəziyyətdən əziyyət çəkirlər.

Sevinc

0