İstefada olan belçikalı general-leytenant Mark Tyes deyib ki, Avropa İttifaqı ölkələrinin anbarlarında sursat çatışmazlığı yaranıb. Bu səbəbdən müharibə başlasa, avropalı hərbçilər "daş atmalı olacaq".
HİT.az xəbər verir ki, bu barədə merkur.de portalı məlumat yayıb.
"Hərbi əməliyyatlar başlayandan bir neçə saat ərzində biz daş atmalı olacağıq... Sursat ehtiyatları son dərəcə aşağıdır, xüsusən də söhbət yüksək keyfiyyətli döyüş sursatından gedirsə", deyə general-leytenant vurğulayıb.
O qeyd edib ki, Avropa İttifaqının müdafiə sənayesi müdafiə sifarişlərini tez yerinə yetirə bilməyəcək.
"Əgər bu gün sifariş etsəniz, bəzə döyüş sursatları üçün sifarişləri almağa 7 ilə qədər vaxt lazım ola bilər", deyə general-leytenant qeyd edib.
Onun sözlərinə görə, bu, Şimali Atlantika Alyansının 5,56 kalibrli standartlarına uyğun olan "ən sadə" mərmilərə də aiddir.
Samir