Britaniya ordusu Rusiya ilə müharibəyə hazır deyil: "Napoleon dövründən də..."

DÜNYA
20:03 / 04.03.2024
388

Qarşıdan gələn seçkilər nəticəsində Müdafiə Nazirliyində vəzifə tuta biləcək Böyük Britaniya parlamentinin üzvü Con Heli bildirib ki, hazırda Böyük Britaniya Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazır deyil. 

HİT.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.

"Ən böyük zəifliyimiz ordumuzun vəziyyəti və bu əsrdə bizi təhdid edən münaqişələrin qarşısını almaq və lazım gələrsə onlarla mübarizə aparmaq üçün zəif təchiz edilmiş sistemdir", deyə deputat bildirib.

Parlamentarinin sözlərinə görə, hazırda Britaniyanın son dərəcə kiçik ordusu var: fevralda məlum olub ki, nizami qoşunların sayı 73 min əsgərə qədər azaldılmalıdır və bu da Napoleon müharibələri dövründən bəri ən kiçik rəqəmdir.

Helu hesab edir ki, Britaniyanın müdafiəsi indi Ukraynada başlayır.

Samir

0