Çoxmənzilli binaların idarə olunmasında kirayəçilər də iştirak edə bilər?

İQTİSADİYYAT
16:01 / 04.03.2024
474

Məlum olduğu kimi, çoxmənzilli binaların idarə olunmasında sahə mülkiyyətçiləri ilə yanaşı, kirayəçilər də iştirak edə bilir.  

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Hit.az-a deyib ki, binanın idarə edilməsinin sakinlərə verilməsi MTK-ların vəzifə borcudur, eyni zamanda sakinlər də buna səy göstərməlidirlər.

Amma çox hallarda bina sakinləri ilə tikinti şirkətləri arasında narazılıq yaranıb, sakinlər binanın idarə olunması üçün səy göstərməyib, yaxud da tikinti şirkəti binanı sakinlərə təhvil vermək istəməyib:

“Artıq binanın idarə edilməsində yığılan və xərclənən pullara kirayəçinin də nəzarət etmək hüququ var. Yeni tikilən binalarda əksər mənzillər kirayəyə verilib. Kirayə müqaviləsi bağlayan kirayəçi aylıq kommunal ödənişləri və s. verirsə, artıq həmin şəxsin binada yaşamaq, binanı idarə etmək hüququ formalaşır. Başqa sözlə, kirayədə qalan şəxs aylıq kommunal ödənişləri həyata keçirirsə, binanın idarə olunmasında iştirak edə bilər. Ancaq bu, məcburi deyil, könüllüdür. Bunun üçün isə öncə bütün binalarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmalıdır”.

Sevinc

0