Uşaqlarda aqressiya…

ÖLKƏ
20:24 / 04.03.2024
343

Aqressiv davranışlar istənilən yaş qrupuna mənsub uşaqlarda özünü büruzə verə bilər. 

Uşaq psixoloq Aynur Əliyeva Hit.az-a açıqlamasında bildirib ki, uşaqlarda xarakterin təməli və şəxsiyyətin formalaşması prosesi 7-8 yaşa qədər formalaşıb bitir:

 “Uşağın şəxsiyyətinin formalaşmasında ətrafın uşağa münasibəti və bir-birlərinə olan münasibəti çox önəmli faktordur. Çünki hər bir uşaq gördüyünü götürür. Ətrafın ona münasibətilə onun xarakterini  bir kərpic kimi formalaşdırır. Bu sonra güzgü kimi uşağın valideynləri  və ətrafı ilə münasibətində özünü büruzə verir. Əgər uşaqda hər hansı aqressiya varsa, deməli, burada hansısa çatışmazlıqdan irəli gəlir.Uşaqlarda aqressiyanı yaradan əsas səbəblərdən biri fiziki və psixoloji şiddətə məruz qalmalarıdır. Bildiyimiz kimi, ölkəmizdə bir çox ailələrdə uşaqlara qarşı fiziki şiddət var. Həm də, həddindən artıq psixoloji şiddət var.  Bu şiddətlərin qarşısında təbii ki, uşaq aqressiya ilə qarşılıq verəcək”.

Sevinc

0