"Qorxudan küçədə yeriyə bilmirdim, hamıdan şübhələnirdim" - Tanınmış aktrisa

MƏDƏNİYYƏT
17:17 / 04.03.2024
617

“Səhnədə olmağın, tanınmağın, şöhrətin yaxşı tərəfi olduğu kimi pis tərəfləri də var. Biz bəzən buna hazır olmuruq. Məsələn, uzun müddət sosial şəbəkədən bir adam məni durmadan hədələyirdi. Səbəbini bilmirəm, manyak idi, ya nə idisə, gah sevdiyini yazırdı, gah  ölümlə təhdid edirdi”.

Bunu Hit.az-a verdiyi açıqlamada aktrisa Könül Əbilova deyib.

“Qorxumdan əsirdim küçədə gəzərkən. Yanımdan ötən hər adama şübhə ilə baxmağa başlamışdım. Elə bilirdim  üzümə baxan hər adam odur. Üzdən də tanımırdım deyə tamamilə çaş-baş qalmışdım. Tanımadığım adamlar salam verəndə, cavab vermədən, sürətlə uzaqlaşırdım. Sonralar o yazmağı dayandırdı və mən nəhayət ki rahatlaşa bildim”,- deyə aktrisa qeyd edib.

Aktrisa buna görə bir xeyli əziyyət çəkdiyini,  həyəcanlı günlər yaşadığını söyləyərək, hadisənin 2 il öncə olduğunu vurğulayıb.

Murad

0