Çanaqqaladakı zəlzələ İstanbulda gözlənilən böyük titrəyişdən xəbər verir? - AÇIQLAMA

DÜNYA
11:38 / 05.03.2024
377

Dünən axşam saatlarında Çanaqqalanın Yenice rayonunda baş verən 4,9 bal gücündə zəlzələnin İstanbulda da hiss olunub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, təbiət hadisəsi ağıllara təkanların "Böyük İstanbul zəlzələsini tətikləyəcəkmi?" sualını gətirib.

Geoloq Okan Tüysüz zəlzələnin baş verdiyi nöqtədə Şimali Anadolu Fay xəttinin 1953-cü ildə qırılan bir qolunun olduğunu ifadə edərək deyib:

"Böyük bir zəlzələ ehtimalın olmadığını deyə bilərik. Bu fay xəttinin İstanbula təsir etməsi çox çətindir. Hiss edə bilərik, ancaq ziyan vurmaz".
Zəlzələ mütəxəssisi Şükrü Ersoy isə bildirib ki, 4,9 bal gücündə zəlzələ heç bir dağıntıya səbəb olmur:

"Bu, yalnız çox zədələnmiş binalara yeni ziyan vura bilər. İstanbulun əhalisini mütləq azaltmaq lazımdır. Belə izdihamlı bir şəhərdə ən mükəmməl planlar belə zərər verə bilər".

0