Hansı xəstəliklər irsi yolla ötürülür?

ÖLKƏ
23:23 / 05.03.2024
373

İzləyicimiz Xalidə İmamova hamilə olduğunu bildirib. 

O gələcək körpəsnin taleyi ilə indidən maraqlanır və Hit.az-a belə bir sual ünvanlayıb: "Hansı xəstəliklər isrsi hesab olunur və körpənin irsi xəstəliyini öncədən öyrənmək mümkündürmü?”

Hit.az-a açqılama verən pediatr həkim Sevinc Nurəliyeva bildirib ki, hazırda Azərbaycanda körpələr üçün “Daban testi"nin keçirilməsinə başlanılıb. 

"Bu test uşaq həyatının 4-cü (yarımçıq doğulanlarda 7-ci) günündə dabanından alınmış qan nəticəsində aparılan müayinə metodudur. Rusiya, Türkiyə və bir sıra Avropa ölkələrində uşaqların doğularkən kəsilən göbək kardonu arxiv materialı kimi qorunub saxlanılır. Inkişaf tmiş ölkələrdə insan yaşa dolunca onun göbək kardonundan bir sıra xəstəliklərinin müalicəsində istifadə olunur. Göbək kardonu da irsi xəstəliklər barədə məlumat  verə bilir.

İrsi xəstəliklərə yaxın qohum olan ana-atanın uşaqlarında digər uşaqlara nisbətlə daha çox  rast gəlinir. Lallıq, karlıq, korluq, zehni zəiflik, şizofreniya, ürək xəstəlikləri, boy və  skelet pozğunluqları, şəkərli diabet, hipertoniya böyrək patalogiyaları kimi xəstəliklər irsi ötürülür. Ailələrdə (kişi və qadında) xromosomların sayının çox və ya az olması da genlə ötürülür və belə insanların ailə qurması şikəst uşaqların doğulması ilə nəticələnir”,- deyən həkim bildirib ki, övlad planlaşdırmazdan öncə valideynlərin qan, xromosom və gen analizləri vermələri tövsiyə olunur.

Murad

0